“Hal şahidlərindən biri “Bandotdel”də idi və ona çay süfrəsi açılmışdı”

Narkotik maddəsi saxlamaqda ittiham olunan Əbdül Əbilovdan Cəmil Həsənli və Əli Kərimlini soruşublar

Source:

Narkotik maddəsi saxlamaqda ittiham olunan Əbdül Əbilovdan Cəmil Həsənli və Əli Kərimlini soruşublar

Mayın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Facebook fəalı Əbdül Əbilovun işi üzrə proses davam edib. Təqsirləndirilən Ə.Əbilovun yaxınlarının “Turan İA”a verdikləri məlumata görə, əvvəlcə hal şahidinin ifadələri dinlənilib. Şahidin ifadələrindən və vəkillərin suallarından aydın olub ki, bu şəxs Ə.Əbilovun saxlanılması və kirayə qaldığı evdə axtarış zamanı ümumiyyətlə iştirak etməyib.

Daha sonra Əbilov deyib ki, saxlanıldıqdan dərhal sonra DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə (MCMBİ) aparıblar.

Burada facebook-da yaratdığı “Yaltaqlara dur deyək!” səhifəsi haqqında suallar veriblər. Həmçinin, müxalifət liderləri Cəmil Həsənli və Əli Kərimli ilə əlaqəsi olub-olmadığını soruşublar.

Prosesdə Ə.Əbilovun anası və qaynı çıxış edib. Qaynı bildirib ki, Əbdüllə birlikdə saxlanılıb, onlara qandal taxaraq, MCMBİ-yə aparıblar: “Hal şahidlərindən biri MCMBİ-də idi və ona çay süfrəsi açılmışdı. Hər iki hal şahidi təsadüfi insan deyil, MCMBİ ilə əməkdaşlıq edən şəxslərdir”.

Proses mayın 8-də davam etdiriləcək.

Ana səhifəXəbərlər“Hal şahidlərindən biri “Bandotdel”də idi və ona çay süfrəsi açılmışdı”