Hakim jurnalistləri Qulu Məhərrəmlinin məhkəməsinə buraxmadı

Məhkəmə aprelin 25-ə təxirə salınıb

Source:


Məhkəmə aprelin 25-ə təxirə  salınıb

Aprelin 7-də Nəsimi rayonu Məhkəməsində “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışananovun telejurnalist Qulu Məhərrəmliyə qarşı iddiası əsasında məhkəmə prosesi başlayıb.

Məlumatına görə, hakim Etibar Hümbətovun sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb.

Məhkəmə prosesindən sonra Q. Məhərrəmlinin vəkili Cavid Rzazadə jurnalistlərə açıqlama verib. O, bildirib ki, prosesdə Q. Məhərrəmlinin vəkilləri vəsatət verərək Yasamal rayon Məhkəməsində A. Alışanovun Q. Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında başqa bir şikayətə baxıldığını bildiriblər. Onlar həmin şikayətlə bağlı proses başa çatdıqdan sonra bu işə baxılmasını istəyiblər. Məhkəmə vəsatəti təmin edib və prosesdə aprelin 25-dək fasilə elan olunub.

Q. Məhərrəmli isə jurnalistlərə açıqlamasında bildirib ki, o, müsahibəsində tənqidlər səsləndirib: “Müsahibədə sədrin öz işinə yaramadığı və digər nöqsanlar barədə danışmışam. Tənqidi bu cür top –tüfənglə, məhkəmə iddiaları ilə qarşılamaq olmaz. Bu cür addımlar ifadə, fikir, söz azadlığına qarşıdır”.

Arif Alışanov və Qulu Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Arif Alışanov Qulu Məhərrəmlinin mətbuatda onun haqqında yaydığı məlumatla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. O, Qulu Məhərəmlidən 100 min manat tələb edib. Arif Alişanov ərizəsində həmin pulu uşaqlar evinə verəcəyini deyib. Bundan əlavə Arif Alişanov şərəf və ləyaqətinin təhqir olunduğunu əsas gətirərək  Yasamal Rayon Məhkəməsinə də müraciət edib. O, Qulu Məhərrəmlinin barəsində cinayət işinin başlanmasını istəyib.

Ana səhifəXəbərlərHakim jurnalistləri Qulu Məhərrəmlinin məhkəməsinə buraxmadı