Meydan TV-də yeni layihəyə başlayırıq.
Azərbaycanda icazə verilənlə qadağan olunan arasındakı sərhədlər necə dəyişir. Kimlər və niyə təzyiq altına düşür, ictimai məkan necə transformasiya olunur və bunun cəmiyyət üçün nəticələri nələrdir.
Sosial və siyasi həyatın əsas hadisələrini faktlar, ekspert rəyləri və müxtəlif baxış bucaqları əsasında təhlil edirik.
İlk buraxılışımız sosial şəbəkələrdə kontentə nəzarətin sərtləşdirilməsi və bunun ifadə azadlığına təsiri haqqındadır.