Gözü barmağında olan insan…

Bu sözləri Gözdən Əlillər Kitabxanasında müdir müavini işləyən Tofiq Balayev deyir.  Elə gününün müəyyən hissəsini də burada keçirir. Çap olunucaq kitabların hazırlanmasına nəzarət edir.

Source:

“Anadangəlmə gözlərim görmür. Bu, o demək deyil ki, bacarıqsızam. Demək olar ki, gücüm çatan bütün işlərin öhdəsindən gəlirəm. İşıq təmir etməkdən tutmuş audio montaja qədər bacarıram”.

Bu sözləri Gözdən Əlillər Kitabxanasında müdir müavini işləyən Tofiq Balayev deyir.  Elə gününün müəyyən hissəsini də burada keçirir. Çap olunucaq kitabların hazırlanmasına nəzarət edir. Hətta könüllülər tərəfindən səsləndirilmiş kitabların CD versiyasını montaj etmək Tofiq müəllimin üzərinə düşür. Kitabxanaya gələn gözdən əlillər burada olan kitablar və CD-lərdən istifadə edirlər. Kitabların da böyük əksəriyyəti Brayl əlifbası ilə olan kitablardır (1821-ci ildə Lui Brayl tərəfindən görmə məhdudiyyətli insanların oxuyub-yazması üçün tərtib edilən əlifbadır).

Digər insanlar üçün Brayl əlifbası olduqca çətin və anlaşılmaz görünə bilər. Amma Azərbaycanda bununla bağlı məktəblər var ki, görmə məhdudiyyətli insanlar həmin məktəbə gedərək öyrənirlər. Əlifbada olan nöqtələri hiss edib oxusunlar deyə uşaqlar noxud və buğdanı barmaqlarının arasında oynatmaqla həssaslıqlarını artırırlar. Bununla uşaqlarda hissiyyat qabiliyyəti inkişaf etdirilir.  Daha sonra isə müəllimlər əlifbanı öyrədirlər və şagirdlər nöqtələrə toxunmaqla Brayl əlifabası ilə yazılmış mətnləri oxuya bilirlər.

“İnsanın gözü görməyə bilər, lakin bu, onun bacarıqsız olduğu demək deyil. Uğuru arzulamaqdan başqa ona doğru da addım atmaq lazımdır. Hər şey insanın öz əlindədir. Əgər gözləri görməyən insan kitab oxuya, ətrafda olanları hiss edib reaksiya verə bilirsə, bu, artıq böyük uğurdur. Növbəti addımları atmaq isə çox asandır. Sadəcə irəli addımlamaq lazımdır”.

Gözdən əlillərin kitablardan daha rahat istifadə etməsi üçün könüllülər tərəfində hazırlanmış CD-lər

Səməd Vurğunun Brayl əlifbası ilə hazırlanmış kitabının birinci hissəsinə baxır

Brayl hərfləri ilə yenicə çapdan çıxmış kitabın ilk səhifəsi yoxlanılır

”Könüllülərin hazırladıqları elekton kitabları xüsusi Brayl proqramı vasitəsilə dəyişib çap edirik”

”Könüllülərin səsləndirdikləri səsləri montaj edərək təmizləyirəm ki, bu audio kitabları dinləyərkən heç bir səhv olmasın”

Çap olunan əsəri düzgün ardıcıllıqla səhifələnməsi prosesinə də Tofiq Balayev baxır.

Gözdən əlillər kitabxanasında minlərlə audio kitab var ki, buranın istifadəçiləri hər gün gəlib istədikləri kitabdan istifadə edə bilərlər.

Şair və yazıçıların əsərləri xüsusi rəflərə yerləşdirilib ki, onları da rəflərdəki baş hərflərlə tapmaq mümkündür.
Şair və yazıçıların əsərləri xüsusi rəflərə yerləşdirilib ki, onları da rəflərdəki baş hərflərlə tapmaq mümkündür.
Gözdən əlillərin kitablardan daha rahat istifadə etməsi üçün könüllülər tərəfində hazırlanmış CD-lər
Gözdən əlillərin kitablardan daha rahat istifadə etməsi üçün könüllülər tərəfində hazırlanmış CD-lər
Səməd Vurğunun Brayl əlifbası ilə hazırlanmış kitabının birinci hissəsinə baxır
Səməd Vurğunun Brayl əlifbası ilə hazırlanmış kitabının birinci hissəsinə baxır
Brayl hərfləri ilə yenicə çapdan çıxmış kitabın ilk səhifəsi yoxlanılır
Brayl hərfləri ilə yenicə çapdan çıxmış kitabın ilk səhifəsi yoxlanılır
”Könüllülərin hazırladıqları elekton kitabları xüsusi Brayl proqramı vasitəsilə dəyişib çap edirik”
”Könüllülərin hazırladıqları elekton kitabları xüsusi Brayl proqramı vasitəsilə dəyişib çap edirik”
”Könüllülərin səsləndirdikləri səsləri montaj edərək təmizləyirəm ki, bu audio kitabları dinləyərkən heç bir səhv olmasın”
”Könüllülərin səsləndirdikləri səsləri montaj edərək təmizləyirəm ki, bu audio kitabları dinləyərkən heç bir səhv olmasın”
Tofiq Balayev əməyinə görə bir çox diplom və sertifikata layiq görülüb.

Tofiq Balayev Brayl əlifbasının yaradıcısı olan Luis Braylın portretini əlində saxlayıb.
Tofiq Balayev Brayl əlifbasının yaradıcısı olan Luis Braylın portretini əlində saxlayıb.
Çap olunan əsəri düzgün ardıcıllıqla səhifələnməsi prosesinə də Tofiq Balayev baxır.
Çap olunan əsəri düzgün ardıcıllıqla səhifələnməsi prosesinə də Tofiq Balayev baxır.
Ana səhifəFotoreportajGözü barmağında olan insan…