Göyçay rayonu

Mənbə: APA

Başlıq: Göyçay rayonu

Göyçay sakini: Bəydövüldə onlayn dərslər keçirilmir

Sakinlər bunu kənddə telekommunikasiyanın olmamasıyla əlaqələndirir

“Nə ötən il, nə də bu il məktəblilər onlayn dərslərə qoşula bilib. Səbəb telefon xəttinin olmaması üzündən internetə qoşula bilməməyimizdir. Nəticədə uşaqlar təhsildə geriləyir. Sanki ölkədəki onlayn təhsilin bizim kəndə heç bir aidiyyəti yoxdur”.

Göyçayın Bəydövül kənd sakinləri Meydan TV-yə danışırlar ki, kənddə telefon xəttinin olmaması ilk növbədə məktəblilərə problemlər yaradıb. Onlar 1 ildən çoxdur ölkə ərazisində tətbiq olunan onlayn təhsildən kənarda qalıblar.

“Kəndin məktəbliləri kor-koranə yaşayır”

Kənd sakini Nüsrət Qurbanov danışır:

“Mənim bir övladım məktəblidir, ancaq 1 ildir ki, internetin olmaması üzündən təhsildən kənarda qalıb. Yuxarı sinif şagirdləri imtahanlara, məzunlar ali məktəbə hazırlaşmalıdır, bu məsələdə ən böyuk dəstəkləri internetdir. İnternet bu uşaqlara hava-su kimi vacibdir. Məlumatlar, əlavə bilgilər ordadır. Ancaq sanki sivilizasiya bizim kəndə gəlib çatmayıb. Kəndimizin yeniyetmələri, gəncləri kor-koranə həyat sürür”.

Kənd sakinləri Prezident Administrasiyasına, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib, ancaq müsbət cavab ala bilməyiblər. Nüsrət Qurbanov deyir, Bəydövül rayonda telekommunikasiyası olmayan yeganə kənddir.

“Qarşıdan imtahanlar gəlir, amma...”

“Demək olar ki, bütün kəndlərdə telefon xətti də var, internet də... Bircə Bəydövül bu vəziyyətdədir. Prezident Administrasiyasından, icra hakimiyyətindən, aidiyyəti üzrə nazirlikdən tutmuş hər yerə müraciət etmişik. İki mindən çox əhalisi olan kəndin telekommunikasiya problemi heç kimi narahat etmir. Qarşıdan yuxarı siniflərin imtahanları gəlir, ancaq uşaqlar heç dərs edə bilmir, o ki qala imtahana hazırlaşalar”, - şikayətçi deyir

“Müasir texniki avadanlıqlar quraşdırılacaq”

Göyçay Rayon İcra Hakimiyyətindən bildirilib ki, Bəydövül kənd ərazisində rabitə xidmətlərinin təminatıyla əlaqədar texnoloji quraşdırma işləri aparılmadığından problemin həlli hazırda mümkün deyil:

“Həmin ərazidə telekommunikasiya xidmətinin yüksək səviyyədə göstərilməsi üçün müasir növ texniki avadanlıqlar quraşdırılacaq. Yalnız bundan sonra “Aztelekom” MMC-nin Göyçay Telekommunikasiya Qovşağı tərəfindən rabitə xidməti göstəriləcək”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/c2s17j

Ən çox baxılan