Gənclərə 95 günlük həbs, 3500 manat cərimə (VİDEO)

Mayın 6-da NİDA Vətəndaş Hərəkatının üzvlərinə hökm oxunandan sonra məhkəmə qarşısında etiraz edən gənclərə qarşı polis zorakılığı və həbslər başladı. 30 nəfər saxlanılsa da, sonradan 15-dən çox gənc buraxıldı. Mayın 7-də etiraz aksiyası keçirərkən saxlanılanlardan 17 nəfəri Nəsimi rayon Məhkəməsinə gətirilib.

Saxlanılanlardan 8 nəfər AXCP, 3 nəfəri Müsavat, qalanları isə NİDA Hərəkatının üzvlərindir. Saxlananlar arasında bir nəfər qadın – AXCP üzvü Kəmalə Bənənyarlı da var.

Səhər saatlarında məhkəmənin qarşısındakı polislər və mülki geyimlilər prosesə gələnlərə qarşı kobud davranıblar. Mülki geyimli şəxslər Obyektiv TV-nin əməkdaşı Hüseyn Əzizoğlunu döyərək eynəyini sındırıb, daha sonra kamerasını alıblar.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə AXCP üzvləri Toğrul İbrahim 600, müsavatçı Şamil Beydulla, Kamran Zeynallı 500, Türkel Azərtürk və AGT üzvü Orxan Rüstəmzadə, NİDA-çı Nicat Məmmədbəyli, Rəhman Məmmədli 400, cəbhəçi Füzuli Ovçuyev 300 manat cərimələniblər.

Kəmalə Bənənyarlı 30, Müsavat üzvləri Orxan Eyyubzadə 20, Tural Abbaslı 15, NİDA-çı Şəfi Şəfiyev 15, “Dalğa” sədri Hacı Zeynallı 15 sutka azadlıqdan məhrum olunublar. Orxan Rza, Hüseyn Məmmədov, Turan İbrahim isə xəbərdarlıq alıblar.

Ana səhifəVideoGənclərə 95 günlük həbs, 3500 manat cərimə (VİDEO)