Gənclər həbs edildi

Türkel Azərtürk və gənc fəal Əli Səfərliyə 15 sutka həbs cəzası verilib.

Source:

Milli Şuranın 12 oktyabr mitinqində fəal iştirak etmiş və mitinqdən sonra polis zorakılığı ilə qarşılaşmış gənclərin bir qismi Yasamal rayon polis idarəsinə çağırılıb. 2 saat polis bölməsində saxlanıldıqdan sonra gəncləri Yasamal rayon məhkəməsinə aparıblar.

Meydan TV “Azadlıq”  qəzetinə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Türkel Azərtürk( AXCP GK) 15 sutka, Əli Səfərli (gənc fəal) 15 sutka, Sərvər Abdullah (AXCP GK) 10 sutka, Emin Maniyev (gənc fəal) 10 sutka inzibati həbsə məhkum edilib. Anar Əkbərov (gənc fəal) 100 manat və Orxan Baxışlı (gənc fəal) 50 manat cərimələnib.


Xatırladaq ki, 12 oktyabr mitinqindən sonra gənclərdən bir neçəsi, o cümlədən öz peşə fəliyyətini yerinə yetirən jurnalistlər polis zorakılığına məruz qalmışdı. 10 nəfər gənc isə Yasamal polis idarəsinə aparılıb və günün sonunda 51 manat cərimə olunaraq sərbəst buraxılmışdı.

Ana səhifəXəbərlərGənclər həbs edildi