İki ildən çoxdur ki, Gəncədə icra başçısı vəzifəsinə Elmar Vəliyev təyin edilib. Onun gəlişi ilə demək olar ki, şəhərdəki bütün idarə və müəssisələrin yüksək vəzifəli məmurları da yeniləndi. Elmar Vəliyevin öz ətrafı ilə birgə elə ilk günlərdən şəhərdə çox yeniliklər ediləcəyi vəd olunurdu. Lakin bu müddət ərzində şəhərdə start verilən tikinti-abadlıq işləri hələ də yekunlaşmadığından Gəncənin siması daha da səliqəsiz duruma düşüb. Gəncəlilər isə yeni başçıdan heç də qədim tikililərin, abidələrin uçurulub yeni binaların inşasını, şəhərin simvolu olan qırmızı kərpicli tarixi binaların aqlaylanmasını, abadlıqdan çox bərbadlığa gətirən yolların qazılması, yüzlərlə insanların evlərin uçurulması, sahibkarların mülklərinin dağıdılması kimi yeniliklər gözləmirdilər. Onlar daha çox güzaranlarının yaxşılaşacağına ümid bəsləyirdilər. Elə Meydan TV də, Elmar Vəliyev yeniliyinin gəncəlilərin ümidlərini nə dərəcədə doğrultmasını sakinlərin öz dilindən öyrənməyə çalışıb.