Gənc fəal həbs edilib

Onun şərləndiyi iddia olunur.

Source:


Onun şərləndiyi iddia olunur.

Dekabrın 25-də AXCP fəalı saxlanılıb. Bu barədə “Azadlıq” qəzetinə partiyadan məlumat verilib.

Məlumata görə, Gənclər Komitəsinin üzvü Fuad Əhmədli Xətai rayon Məhkəməsinin qərarı ilə 310.1 (polisə müqavimət) maddə üzrə 10 sutka inzibati həbs cəzasına məhkum edilib.

Fuad Əhmədli saxlanılmazdan az əvvəl sosial şəbəkədə etiraz aksiyasi ilə bağlı paylaşım edib: “Nədi, ay camaat? İndi mitinqlərə başlasaq, çıxacaqsız, yoxsa hələ vaxtı deyil? Yəni evdə artıq 5-10 manatınız qalıbsa, deyin, səbr edək. Gözləyək, gəlib qapazı vurub, onu da alsınlar sizdən? Nə deyirsiz? Etiraz, yoxsa başıaşağı həyata davam?” Ehtimal olunur ki, cəbhəçinin saxlanmasına səbəb bu paylaşımdır.

Ana səhifəXəbərlərGənc fəal həbs edilib