Gədəbəydə silahlı insident: Ana və oğul güllələnib

Məlumata görə, Ə.Həsənov sonradan R.Vəliyevaya məxsus 2 mərtəbəli evə neft tökərək yandırıb.

Source: Foto: arxiv


Hadisədə şübhəli bilinən şəxs saxlanılıb

Gədəbəy rayonunun Arısu kəndi ərazisində avqustun 31-də Şəmkir rayon sakini Ə.Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumu R.Vəliyevaya qolundan, onun oğlu A.Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.

“APA”-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Ə.Həsənov sonradan R.Vəliyevaya məxsus 2 mərtəbəli evə neft tökərək yandırıb. Nəticədə oradakı əşyalar, habelə 20 kvm. sahədə dam örtüyü yanıb.

Yanğın söndürülüb, R.Vəliyeva və A.Əliyev xəstəxanaya yerləşdiriblər.

Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Ə.Həsənov saxlanılıb. Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi ondan götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb və araşdırma aparılır.

Ana səhifəSosialGədəbəydə silahlı insident: Ana və oğul güllələnib