Futbolçunu öpən Federasiya rəhbəri istefa verdi

Luis Rubiales

O, istefasından sonra günahsız olduğunu yazıb

İspaniya Futbol Federasiyasının rəhbəri Luis Rubiales vəzifəsindən istefa verdiyini açıqlayıb.

O, bu barədə britaniyalı teleaparıcı Pirs Morqanın müəllif proqramında bildirib.

2023-cü il avqustun 20-də qadınlar arasında keçirilən dünya çempionatının finalında İspaniyanın qələbəsindən sonra oyunçu Cennifer Hermosonu qucaqlayıb dodaqlarından öpdükdən sonra qalmaqalın mərkəzində olan Rubiales müsahibəsində: “Mən işləyə bilmirəm”, – deyib.

İstefa xəbəri yayıldıqdan sonra Rubiales sosial şəbəkədə günahsız olduğunu yazıb:

Mən öz şərəfimi qoruyacağam. Mən öz günahsızlığımı müdafiə edəcəyəm. Gələcəyə inamım var. Mən həqiqətə inanıram”.

Rubiales özünü saxta feminizmin qurbanı olduğunu və öpüşün konsensual olduğunu iddia edib.

Cennifer Hermoson bunu təkzib edib.

Olaydan sonra FİFA Rubialesi dərhal qüvvəyə minməklə üç ay müddətinə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırıb.

Onunla bağlı İntizam Komitəsi Məcəlləsinin 13-cü maddəsinə əsasən, (oyunçuların və vəzifəli şəxslərin “təhqiredici davranışları“, xüsusən də “ləyaqətli davranışın əsas qaydalarının pozulması” və “idmana nüfuz qazandıran davranışlar”) iş açılıb.

Rubiales təqsirsizliyini istintaqda sübut edəcəyini bildirib.

Ana səhifəDünyaFutbolçunu öpən Federasiya rəhbəri istefa verdi