Mənbə: google

Futbol üzrə Azərbaycan yığması baş məşqçisiz qaldı

AFFA növbədənkənar konfrans keçirəcək

AFFA İcraiyyə Komitəsinin iclasında Azərbaycan yığmasının baş məşqçisi, xorvat Nikola Yurçeviçlə müqavilənin dayandırılması barədə qərar qəbul edilib.

Assosiasiyanın rəsmi saytında dərc olunan xəbərə əsasən, AFFA bundan sonra yeni baş məşqçi axtarmalıdır.

Bundan başqa AFFA 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmmədlə də müqaviləyə xitam verilməsi barədə qərar qəbul edib.

İclasda qərara alınıb ki, 2020-ci il yanvarın 8-də AFFA-nın növbədənkənar Konfransı çağırılsın.

N.Yurçeviçin rəhbərliyi ilə Azərbaycan yığması son 25 ilin ən zəif nəticəsini göstərdi. 2020-ci il Avropa Çempionatının seçmə yarışlarında Xorvatiya, Uels, Macarıstan, Slovakiya ilə eyni qrupda yarışan Azərbaycan yığması cəmi 1 xal əldə edə bildi.

Bir sıra ekspertlər zəif nəticələrə görə təkcə baş məşqçinin deyil, həmçinin də səhv məşqçi təyinatı edən AFFA-nın bir sıra məsul şəxslərinin də vəzifələrindən getməli olduqlarını qeyd edirlər.

“Komanda.az” saytının baş redaktoru Rəşad Ergün hesab edir ki, Yurçeviç vəzifəsində qalmalı idi. Onun sözlərinə görə, Azərbaycan yığmasına tanınmış adamlardan da kimisə məşqçi gətirsən, müsbət dəyişiklik gözlənilmir. Rəşad Ergünün fikrincə, əsas problem komandanın potensialının zəif olmasındadır. O qeyd edib ki, Yurçeviç əvvəlki məşqçilərlə müqayidədə böyük maaş almırdı.

Baş redaktor səhv məşqçi təyinatına görə, AFFA İcraiyyə Komitəsinin məsuliyyət daşıdığını düşünür:

“Daha çox baş katib Elxan Məmmədovu qınayıram. Çünki o da idarəetmənin özündə olduğunu etiraf etmişdi. AFFA İcraiyyə Komitəsi Milli Məclisdir. İndiyə qədər komitənin hansısa bir qərarı müzakirə etdiyini görməmişəm. Birmənalı olaraq, qərar gündəmə gəlir və hamı səs verir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/naf0lo

Ən çox baxılan