Fransa prezidenti Leyla Yunusla görüşəcəkmi?

Turan İA hesab edir ki, hüquq müdafiəçisi ilə bağlı indiki vəziyyət və ona qarşı cinayət təqibinin mümkünlüyü bu görüşü sual altına qoyur

Source:

Turan İA hesab edir ki, hüquq müdafiəçisi ilə bağlı indiki vəziyyət və ona qarşı cinayət təqibinin mümkünlüyü bu görüşü sual altına qoyur

Mayın 8-də Fransa prezidenti Fransua Olandın Cənubi Qafqaza səfəri başlayır.

Mayın 12-də prezident Oland Bakıda olacaq və həmin gün vətəndaş cəmiyyətinin nümayəndələri, o cümlədən Fransanın Fəxri Legion Ordeni  kavaleri Leyla Yunusla görüşü keçiriləcək.

Tanınmış hüquq müdafiəçisi ilə bağlı indiki vəziyyət və ona qarşı cinayət təqibinin mümkünlüyü bu görüşü sual altına qoyur.

Bu qalmaqalın rəsmi Bakı üçün nəticələrini söyləmək çətindir, lakin şübhə yoxdur ki, Fransa tərəfi L.Yunusun təhlükəsizliyinə təkid edəcək. Fransa səfiri və onun müavininin Leyla  və Arif Yunusları Bakı aeroportunda müşayiət etmələri bundan xəbər verir.

Əgər Fransa prezidentinin Bakıya gəlişi zamanı L.Yunusa qarşı cinayət ittihamı irəli sürülərsə və ya o həbs olunarsa, rəsmi Parisin müvafiq demarş edəcəyi mümkündür (Turan İA).

Ana səhifəXəbərlərFransa prezidenti Leyla Yunusla görüşəcəkmi?