Xalq şairi I Fəxri xiyabanda dəfn olunacaq
Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qoca uzun sürən xəstəlikdən vəfat edib.
AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza “Report”a bildirib ki, mərhum I Fəxri xiyabanda dəfn olunacaq.
“Xalq şairinin nəşi təxminən saat 15:00-16:00-da evindən götürüləcək”, – o deyib.
X.Rzanın sözlərinə görə, pandemiya şəraitinə görə mərhumla vida mərasimi keçirilməyəcək.
Fikrət Qoca 1935-ci ildə Ağdaş rayonunda doğulub.