“Fəridə” İnsan Hüquqları Film Festivalının mükafatına layiq görülüb

Film həmçinin Birləşmiş Millətlər Təşkilatı Ali Komissarlığının “Xüsusi mükafatı”nı alıb

Source: Specify Source

Film həmçinin Birləşmiş Millətlər Təşkilatı Ali Komissarlığının “Xüsusi mükafatı”nı alıb

“Nərimanfilm” kinostudiyasının istehaslı olan “Fəridə” tammetrajlı bədii filmi XXVI Beynəlxalq “Stalker” İnsan Hüquqları Film Festivalında iştirak edərək iki nominasiya üzrə mükafat alıb.

Festivalın saytında (ЛАУРЕАТЫXXVI МЕЖДУНАРОДНОГО ФЕСТИВАЛЯФИЛЬМОВ О ПРАВАХ ЧЕЛОВЕКА «СТАЛКЕР» | Международный фестиваль фильмов о правахчеловека «

Сталкер

» ) qeyd oluub ki, filmin ssenari müəllifi və rejissoru Kseniya Laqutina münsif üzvlərinin debüt “Stalker” mükafatına layiq görülüb. Film həmçinin Birləşmiş Millətlər Təşkilatı Ali Komissarlığının “Xüsusi mükafatı”nı alıb.

“Fəridə” “Narimanfilm” kinostudiyası ilə Sankt-Peterburq Yeni Kino Məktəbinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib. 70 dəqiqəlik tammetrajlı filmdə baş rolu aktrisa Məryəm İbrahimova oynayıb. Dram janrında olan filmin bütün çəkilişləri Sankt-Peterburqda aparılıb.

“Stalker” – insan haqları mövzusunda filmlər yaratmağa təşviq edən festivallardandır.

stalker.jpg
Dram janrında olan filmin bütün çəkilişləri Sankt-Peterburqda aparılıb
Ana səhifəMədəniyyət“Fəridə” İnsan Hüquqları Film Festivalının mükafatına layiq görülüb