Fərhad Əliyev və qardaşı azadlıqda

Source:
Fərhad Əliyev
Fərhad Əliyev

Prezident keçmiş naziri və qardaşını əfv etdi

Meydan.Tv APA-ya istinadən xəbər verir ki, bu gün Azarbaycan Respublikasının Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncam müxtəlif maddələrlə və müxtəlif dövrlərdə həbs edilmiş bir sıra məhkumların azad edilməsini nəzərdə tutur. Əfv olunanlar arasında keçmiş iqtisadi inkişaf naziri Fərhad Əleyev və onun qardaşı Rafiq Əliyev də var.

Qeyd edək ki, keçmiş iqtisadi inkişaf naziri Əliyev Fərhad Şövlət oğlu, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Ana səhifəXəbərlərFərhad Əliyev və qardaşı azadlıqda