Əsgər əsgəri öldürüb

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi deyilir

Source:


Hadisənin ehtiyatsızlıqdan baş verdiyi deyilir


Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində qətl hadisəsi baş verib. APA-nın yaydığı məlumatda bildirilir ki, hərbi hissənin əsgəri Nural Bünyadlı ehtiyatsızlıqdan əsgər yoldaşı Tariyel Məmmədovu bıçaqlayıb. Daxilə nüfuz edən bıçaq xəsarəti alan T. Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Ana səhifəXəbərlərƏsgər əsgəri öldürüb