
Mənbə: Meydan TV
Əsgər anası: "İki gündür zəng etmir, gözüm telefondadır"
Əsgər anası: "İki gündür zəng etmir, gözüm telefondadır"
“İndi hara gedirəm, nə edirəmsə də, ancaq gözlərim baxır. Qəlbim, fikrim, hər şeyim onun yanındadı. Hər dəqiqəm, hər saniyəm... Zəng vuranda yaşayıram, zəng vurmayanda yox. Zəng vurmamışdan əvvəl, hazırlaşıram ki, nə isə soruşum, deyim, amma zəng vuranda hər şeyi yaddan çıxarıram. O, “alo” sözünü deyəndə, elə bilirəm qulaqlarım batır. Hə rşeyi unuduram..”-əsgər anası Gözəl Kazımova oğluna olan həsrətindən danışır. O, Füzuli rayonundan məcburi köçkündür. İndi müharibədə oğlu Elməddin Hüseynli isə 1994-cü ildə Bakıda anadan olub. Ana danışır ki, oğlu öz doğma rayonlarına ilk dəfə döyüşdə gedib çıxa bilib. Doğma torpağın havasını ilk dəfə barıt qoxusu ilə birgə udub:
“Torpaqların alınmasında oğlumun zərrə qədər də köməyi varsa, bu, mənim üçün böyük fəxrdir”.
Digər bir əsgər anası əslən Qubalı olan Pərvanə Məmmədovadır. O, cəbhədə olan oğlu Məmmədrza Məmmədovdan 2 gündür xəbər ala bilmir:
“Elə gözüm telefondadır, zəng eləmir. Günlər çox çətin, ağır keçir. Adicə yemək bişirirsən, o tikəni ağzına götürəndə övladın yadına düşür. Yatanda deyirsən, mən isti yataqda yatıram, övladım görəsən haradadır, necədir”.
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.
Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.
BIZƏ DƏSTƏK OLUNƏn çox baxılan
-
Martın 3-də Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbər üzvlərini Masallı rayonunun girişində saxlayıblar
3 Mart 2019 -
Şahid səsyazısında başına gələnləri etiraf edib
27 Fevral 2019 -
Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb
11 Aprel 2019 -
"Bunun adı repressiyadır"
28 Fevral 2019