Əsgər intiharına görə təqsirləndirilən komandir azadlığa buraxılıb

Foto-kollaj: Meydan TV

Cəlilabad hərbi məhkəməsi Dövlət Sərhəd Xidmətinin əsgərinin intihar etməsinə görə təqsirləndirilən komandiri azadlığa buraxıb.

Noyabrın 15-də Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseynov Hüseyn özünü öldürüb.

Bildirilir ki, o, komandiri kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qaldığından özünü güllələyib.

Faktla bağlı kapitan Mahmud Səfəralıyev saxlanılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub və noyabrın 27-də barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Cəlilabad hərbi məhkəməsinə müraciət edilib.

Cəlilabad hərbi məhkəməsi isə Dövlət Sərhəd Xidməti tərəfindən vəzifədən azad olunmiş kapitan Mahmud Səfəralıyevi azadlığa buraxıb.

Onun əsgərlərə qarşı müxtəlif vaxtlarda qanunsuzluğa yol verdiyi və buna görə Dövlət Sərhəd Xidməti tərəfindən vəzifədən azad olunduğu qeyd edilir.

Mahmud Səfəralıyevin azadlıqda qalması mərhum əsgərin yaxınları arasında ciddi narazılığa səbəb olub.

Hərbi prokurorluğun həmin qərardan apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.

Ana səhifəSosialƏsgər intiharına görə təqsirləndirilən komandir azadlığa buraxılıb