Erməni kəşfiyyatçı 15 il azadlıqdan məhrum edildi

Arsen Baqdasaryan məhkəmə xərclərini (665 manat 45 qəpik) ödəməkdən azad olunub

Source:


Arsen Baqdasaryan məhkəmə xərclərini (665 manat 45 qəpik) ödəməkdən azad olunub

Ötən il dekabrın 26-da cəbhənin

Ağdam

 rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi yekunlaşıb.


APA

-nın qərb bürosunun məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, Arsen Baqdasaryan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Cəzanın onun saxlanıldığı gündən, ötən il dekabrın 26-dan hesablanacağı bildirilib.

Məhkəmənin hökmü ilə Arsen Baqdasaryan məhkəmə xərclərini (665 manat 45 qəpik) ödəməkdən azad olunub.

Mayın 4-də keçirilən məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı Anar Mirkişiyev Arsen Baqdasaryanın cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Onun vəkili Ramiz Abdullayev isə məhkəmədən müdafiə etdiyi şəxsə qarşı Cinayət Məcəlləsinin 228-ci (29, 282.2) maddəsi (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi üzrə irəli sürülən ittihamın cinayət işindən çıxarılmasını xahiş etmişdi.

Arsen Baqdasaryan son sözündə Azərbaycanla 20 il əvvəl olduğu kimi, sülh şəraitində yaşamaq istədiyini vurğulayıb. A. Baqdasaryan bildirib ki, bunun üçün Qarabağ qaytarılmalıdır, başqa cür sülh şəraitində yaşamaq mümkün deyil.

O, həmçinin Ermənistanın hamını aldatdığını da açıqlayıb: “Bizi Azərbaycana nifrət hissi ilə böyüdüblər. Lakin burada nifrət dolu nəsə görmədim. Azərbaycanlılar istəsəydilər, məni öldürə bilərdilər. Ancaq mənə heç bir işgəncə vermədilər”.

Ana səhifəXəbərlərErməni kəşfiyyatçı 15 il azadlıqdan məhrum edildi