Ərdoğan: Münaqişənin həll olunmamasının səbəbi Minsk qrupunun fəaliyyətsizliyidir

”Minsk qrupu vaxtında problemi həll etsəydi, bu gün təmas xəttində baş verən hadisələrinin şahidi olmazdıq”

Source:
Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan


”Minsk qrupu vaxtında problemi həll etsəydi, bu gün təmas xəttində baş verən hadisələrinin şahidi olmazdıq”

Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının səbəbi ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyidir. Trend-in məlumatında görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da İslam Mərkəzinin açılışında çıxış edərkən deyib.

Ərdoğan deyib ki, Minsk qrupu vaxtında problemi həll etsəydi, “bu gün təmas xəttində baş verən hadisələrinin şahidi olmazdıq”.

Türkiyə prezidenti çıxışı zamanı həmçinin Azərbaycan KİV-ni vətənpərvərliyə görə tərifləyib.

O deyib: “Mən bu gün ABŞ-da azərbaycanlı jurnalistlərini baş verən hadisələrlə əlaqədar göz yaşları ilə gördüm.”

Ana səhifəAnalitikaƏrdoğan: Münaqişənin həll olunmamasının səbəbi Minsk qrupunun fəaliyyətsizliyidir