Mənbə: Meydan TV

Ərdəbildə Azərbaycan Ordusuna dəstək aksiyası keçirildi, saxlanılanlar var

Sentyabrın 29-da İranın Ərdəbin şəhərində yaşayan azərbaycanlılar Azərbaycan Ordusunun işğal olunmuş ərazilərdə azadolma əməliyyatı keçirməsinə dəstək məqsədilə aksiya keçiriblər.

Mitinqdə BMT-nin dörd qətnaməsi əsasında Ermənistanın Azərbaycan ərazisini işğal etməsi qınanılıb və işğalçıların Qarabağ torpaqlarını tərk etməsi istənilib.

Aksiyaçıların Meydan TV-yə verdiyi məlumata görə, İran İslam Respublikasının hüquq-mühafizə orqanları dinc mitinq keçirmək istəyənlərə təzyiq göstərib və çoxlu sayıda etirazçı saxlanılıb.

“Bu mitinqdə 100-dən artıq Güney azərbaycanlı türk milli-mədəni fəallar bir yerə gəlib və plakatlar açmaqla dəstəklərini ifadə etdilər. Onlar Qarabağ savaşının bütün azərbaycanlıların savaşı olduğunu elan etdilər”, - deyə məlumatda bildirilib.

Mitinqdə qaldırılan plakatlarda “Bir millət sizin arxanızdadır, Azərbaycan əsgəri!” və “Həsrətin həsrətimdir, zəfərin zəfərim, Qarabağ!” yazılıb.

Aksiyaçılar deyir ki, Azərbaycan Ordusunu uğur qazanması xəbəri Güney azərbaycanlılar arasında böyük sevinc və coşğuya səbəb olub.

“Onlar sosial şəbəkələr vasitəsilə savaşda baş verənləri yaxından izləyib və Ermənistanın yanında duranları tarixin üzqaraları kimi xatırlayırlar”, - aksiyaçılar deyib.

İrandakı fəal azərbaycanlılar çəkdikləri videolarla İran ərazisi vasitəsilə Rusiyadan Ermənistana göndərilən hərbi yardımların və eləcə də İran hökumətinin Ermənistanı dəstəkləməsinin durdurulmasını istəyiblər.

Keçirilən mitinq zamanı saxlanılanların adları da bəlli olub:

Əsgər Əkbərzadə

Pərvin Müctaba

Pərvin Mürtəza

Pərvin Mustafa

Mehdi Huşmənd

Məhəmməd Cövlanı

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/h4397f

Ən çox baxılan