Emir Kusturitsa Bakıda konsert verir

Heydər Əliyev Mərkəzində keçiriləcək konsertin biletləri 20-150 manat arasında dəyişir.

Source: Specify Source


Qrup rok-n-roll, Balkan pank-roku, qaraçı motivləri, türk marşları və Asiya melodiyalarını sintez edir

Noyabrın 29-da Bakıda rejissor, musiqiçi Emir Kusturitsanın konserti keçiriləcək.

İfaçı tamaşaçıların qarşısına “The No Smoking Orchestra” qrupu ilə çıxacaq.

Emir Kusturitsa 1999-cu ildə “The No Smoking Orchestra” qrupunu yaradıb və onun daimi üzvüdür. Kusturitsa qrupun tərkibində gitaraçı kimi çıxış edir.

Qrup rok-n-roll, Balkan pank-roku, qaraçı motivləri, türk marşları və Asiya melodiyalarını sintez edir.

Heydər Əliyev Mərkəzində keçiriləcək konsertin biletləri 20-150 manat arasında dəyişir.

Emir Kusturitsa karyerası boyunca müxtəlif sahələrdə populyarlıq qazanıb.

O, əvvəlcə kinorejissor və ssenari müəllifi kimi məşhurlaşıb, daha sonra isə özünü musiqiçi kimi təsdiqləyib. Çoxşaxəli istedadı və fəaliyyəti Emir Kusturitsanı Balkan mədəniyyətinin simvoluna çevirib.

O, Sarayevo şəhərində dünyaya gəlib. Lap erkən yaşlarından incəsənətə meyl göstərib. Tez-tez dərslərdən yayınaraq kino zallarının qaranlığına çəkilir, sevimli filmlərinə təkrar-təkrar baxırmış. Məhz Sarayevodakı kinoteatrların birində o, nəhayət, anlayır ki, həyatını kino dünyası ilə bağlamaq istəyir.

Kusturitsa “Arizona arzusu”, “Yeraltı”, “Qara pişik, ağ pişik” filmləri ilə məşhurdur.

Ana səhifəMədəniyyətEmir Kusturitsa Bakıda konsert verir