Əliyev Reklam Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edib

Sərəncam. Foto: arxiv

Aydın İbadovu Fərhad Adıgözəlov əvəzləyib

Aydın İbadov Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Bu barədə aprelin 16-da Prezident İlham Əliyev sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə Fərhad Adıgözəlov Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.

Aydın İbadov 2017-ci ildən Dövlət Reklam Agentliyinin direktoru, 2019-cu ildən isə İdarə Heyətinin sədri idi.

Aydın İbadov. Foto: Azərtac

O, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

2021-ci ildən “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin olunan Fərhad Adıgözəlov 1977-ci ildə Bakıda anadan olub.

O, Beynəlxalq Universitetin maliyyə və kredit, Dövlət İqtisad Universitetinin istehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini bitirib.

Fərhad Adıgözəlov. Foto: Wiki

F.Adıgözəlov əmək fəaliyyətinə 2000-ci ildə “Azərsığorta” Dövlət Sığorta Şirkətində başlayıb.

2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə “Kapital Bank” ASC-də departament direktoru vəzifəsində çalışıb.

2013-2014-cü illərdə maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri və 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini olan F.Adıgözəlov 2021-ci ildən “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin sədriydi.

Ana səhifəXəbərlərƏliyev Reklam Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edib