”Əlim iş tutandan xalça toxuyuram”

Sədaqət Poladova Şamaxının Ərçivan kəndində toxuculuq edir.

Source:
Xalça toxumaq üçün lazım olan rəngli iplər
Xalça toxumaq üçün lazım olan rəngli iplər

Sədaqət Poladova Şamaxının Ərçivan kəndində toxuculuq edir. Hələ uşaqlıqdan anasından və bacılarından bu sənəti öyrənən Sədaqət xanım onların yanında xalça toxumağa başlayıb.

“Qabaqlar Şamaxıda hamı xalça toxuyurdu. Mən də əlim iş tutandan xalça toxuyuram”, – deyir Sədaqət Poladova.

Xalçaları indi ancaq sifarişlə tikən xanım sənətkar müştərisindən şikayət etmir, sadəcə deyir ki, indi bu sənəti öyrənmək istəyən o qədər də çox deyil. Baxmayaraq ki, bir xalçanı üç nəfər eyni anda toxuya bilər.

Sədaqət xanım çox zaman təkbaşına toxuyur. Qalan vaxtları isə şagirdliyə götürdüyü qızlar kömək edir. Toxuduğu xalçanın ipləri də xüsusi yun növündən əyrilir:

“Əgər səbrin çatsa, bu ipi yenidən yuna çevirmək mümkündür.

İp əyriləndən sonra təbii vasitələrlə boyanır. Ən çox rəng almaq üçün soğan və nar qabığından istifadə edilir. Rəngli ipləri tapmaq çətindir. Əvvəllər xalçaçı çox olduğuna görə, hazır da satılırdı. İndi gərək özümüz təbii vasitələrlə hazırlayaq”.

Evindəki zavod istehsalı olan xalça ilə özünün toxuduğu xalçanı müqayisə edən Sədaqət xanım deyir ki, zavod xalçasının ömrü 5-6 il, əllə toxunmuş xalçanın ömrü isə min ildir. Belə “minillik xalça”nı hazırlamağa isə Sədaqət xanıma ayyarım vaxt lazımdır. Bir xalçanın qiyməti 300 manatdan başlayaraq 1000 manata qədər uzanır.

Şamaxının Ərçivan kəndinə gedən yol bir neçə çay və yoxuşlardan keçir
Şamaxının Ərçivan kəndinə gedən yol bir neçə çay və yoxuşlardan keçir
Bu evdə yaşan Sədaqət xanım uzun illərdir xalça toxuyur
Bu evdə yaşan Sədaqət xanım uzun illərdir xalça toxuyur
Xalça toxumaq üçün lazım olan alətlər
Xalça toxumaq üçün lazım olan alətlər
Xalça toxumaq üçün lazım olan rəngli iplər
Xalça toxumaq üçün lazım olan rəngli iplər
Sədaqət xanım xalça toxumağı anasından və bacılarından öyrənib
Sədaqət xanım xalça toxumağı anasından və bacılarından öyrənib
Sədaqət xanım bu işi öz şagirdlərinə də öyrədir
Sədaqət xanım bu işi öz şagirdlərinə də öyrədir
Evindəki, zavod istehsalı olan xalça ilə özünün toxuduğu xalçanı müqayisə edən Sədaqət xanım deyir ki, zavod xalçasının ömrü 5-6 il, əllə toxunmuş xalçanın ömrü isə min ildir
Evindəki, zavod istehsalı olan xalça ilə özünün toxuduğu xalçanı müqayisə edən Sədaqət xanım deyir ki, zavod xalçasının ömrü 5-6 il, əllə toxunmuş xalçanın ömrü isə min ildir
Ana səhifəFotoreportaj”Əlim iş tutandan xalça toxuyuram”