Bakının Buzovna kəndində hər kəsin “Əli ayağı” adı ilə tanıdığı ziyarətgah yerləşir. Bakıdan təxminən 40 km uzaqlıqdadır.
Source:
Bu yazı 8 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 7 İyul 2016 17:29
Son dəyişiklik: 29 Oktyabr 2021 15:55
Bakının Buzovna kəndində hər kəsin “Əli ayağı” adı ilə tanıdığı ziyarətgah yerləşir. Bakıdan təxminən 40 km uzaqlıqdadır.
Çoxunun inanc yerinə çevrilən bu ziyarətgaha hər gün onlarla insan gəlir. Azərbaycanın ucqar regionlarından başqa, müxtəlif ölkələrdən də gəlib ziyarət edirlər.
Rəvayətlərə görə, hicri tarixi ilə 13-cü ildə Abşerona Ərəbistandan bir dəstə süvari gəlir, onlar hər yeri gəzib dolaşır, heç kimlə kəlmə kəsmirlər.
Onlardan kim olduqlarını soruşduqda, hər biri özünü “başçı” kimi təqdim edirmiş. Həmin dövrdə Badi-Kubədən iki qardaş Məkkə və Mədinə şəhərlərində ticarətlə məşğul imişlər. Qardaşlardan biri – Yassal Niyyal Məkkə və Mədinədə qalır, kiçik qardaş isə oraya mal aparıb gətirirmiş və görkəmli adamların demək olar ki, hamısını tanıyırmış. Bir gün həmin süvari dəstəsi Buzovnada qayaların üstünə çıxarkən, dəniz kənarında balıqçılarla alver edən kiçik qardaş onları görür və qəfildən qaçıb atlılardan birinin ayağına düşür: “Ya Həzrət Əli, siz burada neyləyirsiniz?!” Bu zaman həmin atlının bir ayağı yerdə, digəri isə üzəngidə imiş. Atlı ondan soruşur ki, məni haradan tanıdın? Kiçik qardaş da Məkkədə, Mədinədə alverlə məşğul olduğunu, onu oradan görüb, tanıdığını deyir. Həmin adam atına minib dəstəylə birlikdə oradan uzaqlaşır. O, getdikdən sonra qayanın üzərində ayaq ləpiri, at dırnaqlarının yeri qalır. Deyilənə görə, həmin adam Həzrəti Əli imiş. O vaxtdan bu yer “Əli ayağı” ziyarətgahı sayılır və o gündən bu günədək bura insan axını davam edir.
Veb saytımız cookie-lərdən istifadə edir. Optimal performans üçün çərəzləri qəbul etməyinizi tövsiyə edirik.
Funksional
Always active
Texniki baxımdan yaddaşda saxlama və ya çatımlılıq ciddi şəkildə önəmlidir. Çünki, o abunəçinin və ya istifadəçinin açıq aşkar tələb etdiyi xüsusi xidmətdən istifadəsini qanuniləşdirir və ya sadəcə olaraq mesajın elektron kommunikasiya şəbəkəsi üzərindən ötürülməsini təmin edir.
Parametrlərə gedin
The technical storage or access is necessary for the legitimate purpose of storing preferences that are not requested by the subscriber or user.
Statistika
The technical storage or access that is used exclusively for statistical purposes.Texniki baxımdan yaddaşda saxlama və ya çatımlılıq yalnız anonim statistik məqsədlər üçün istifadə olunur. Yalnız bu məqsədlə saxlanılan və ya alınan məlumat, ümumiyyətlə, məhkəmə çağırışı vərəqi, internet xidməti təminatçısının könüllü razılığı və ya üçüncü tərəfin əlavə qeydiyyatı olmadan sizin kimliyinizi müəyyən etmək üçün istifadə edilə bilməz.
Marketinq
Oxşar marketinq məqsədləri üçün bir və ya bir neçə veb-saytda reklam yerləşdirmək və ya istifadəçini izləmək məqsədilə istifadəçi profilləri yaratmaq üçün texniki yaddaş və ya çatımlılıq tələb olunur.