Elçibəyin yubileyi münasibətilə jurnalistlərə pul mükafatı verilib

Eks-prezidentin 80 illiyi ilə bağlı tədbir keçirilib

Source:


Eks-prezidentin 80 illiyi ilə bağlı tədbir keçirilib

İyunun 22-də Beynəlxalq Mətbuat Mərkəzində Əbülfəz Elçibəy-80 İctimai Təşkilat Komitəsi Azərbaycanın eks-prezidentinin 80 illik yubileyilə bağlı növbəti tədbirini keçirib.

Tədbirin rəsmi hissəsində çıxış edən natiqlər Ə.Elçibəyin siyasi kimliyi, milli mübarizə hədəfləri barədə danışıblar.

Tədbirin ikinci hissəsində Əbülfəz Elçibəyin əsərləri toplanmış “İstiqlal, Hürriyyət, Bütovlük” adlı kitabının tədqimatı keçirilib.

Sonuncu üçüncü hissədə Ə.Elçibəyə həsr olunan yazı müsabiqəsinə yekun vurulub.

Münsiflər Heyətinin qərarına görə, jurnalist Ləman Ələşrəfqızı bu nominasiyada birinci (1500 manat), Jalə Mütəllimova ikinci (1000 manat), Səbuhi Məmmədli isə üçüncü (500 manat) yeri qazanıb. Daha 10 nəfər isə 100 manat həvəsləndirici mükafat alıb.

Tədbirdə vurğulanıb ki, komitə Ə.Elçibəyin doğum günü münasibətilə iyunun 24-də saat 10:30-da Fəxri Xiyabanda onun məzarı önündə anım mərasimi keçirəcək.

Mərhum eks-prezident Ə.Elçibəyin 80 illik yubileyinin keçirilməsilə bağlı İctimai Təşkilat Komitəsi bu ilin fevralında yaradılıb. Təşkilat Komitəsinin sədri vaxtilə Ə.Elçibəyin özəl qələm köməkçisi Ədalət Tahirzadə, müavini isə vaxtilə Ə.Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov olub.

Ana səhifəXəbərlərElçibəyin yubileyi münasibətilə jurnalistlərə pul mükafatı verilib