Əkrəm Əylisli istintaq bölməsinə çağırılıb

”İstintaq hərəkətinin nədən ibarət olacağı ilə bağlı hələlik bizə məlumat verilməyib”

Source:
Əkrəm Əylisli
Əkrəm Əylisli


”İstintaq hərəkətinin nədən ibarət olacağı ilə bağlı hələlik bizə məlumat verilməyib”

Sabah saat 12.30-da yazıçı Əkrəm Əylisli Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsinə çağırılıb.

Bu barədə vəkil Elçin Sadıqov öz Facebook səhifəsində yazıb: “Birlikdə iştirak edəcəyik. İstintaq hərəkətinin nədən ibarət olacağı ilə bağlı hələlik bizə məlumat verilməyib”.

Yazıçı Əkrəm Əylisliyə Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə ittiham elan edilib.

“Əkrəm Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüşlər söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, 15 sentyabr 1981-ci il təvəllüdlü Nihal Azər oğlu Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub. Zərbə nəticəsində Nihal Azər oğlu Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə biri hissəsində 3,0X2,5 ölçüdə göymütül qançır yaranıb”,-yazıçıya irəli sürülən ittihamda belə deyilir.

Əkrəm Əylisli ittihamları qəbul etmədiyini, heç kəsə qarşı təhqir və fiziki zor tətbiq etmədiyini, belə hərəkətləri etməyə yaşının, fiziki və mənəvi durumunun imkan vermədyini, cinayət işinin onun yazıçı fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Ana səhifəXəbərlərƏkrəm Əylisli istintaq bölməsinə çağırılıb