Dumbulovların yaşayan ənənəsi [ VİDEO ]


Əslən Mərdəkanlı olan Ceyhun Mirzəyev 38 ildir el şənliklərində nağarada ifa etməklə ailəsinin dolandırır. O, Bakı kəndlərində çox yaxşı tanınan “Dumbulovlar” nəslindəndir və babalarının ənənəsini davam etdirməyi özünə borc bildiyini deyir.

Ceyhun Mirzəyev 38 ildir nağara çalır. Mərdəkanda böyüyən Ceyhunun dediyinə görə Bakı kəndlərində nəsillərini nağara çalan kimi tanıyırlar. Hətta əvvəl soyadları “Dumbulov” olub.

Bir neçə il bundan əvvəl Ceyhunun qardaşı toyda nağara çalan vaxtı dünyasını dəyişib. Bütün varlığı ilə nağaraya bağlı olan Ceyhun deyir ki, hazırda onun yolunu oğlu davam etdirir. İstənilən nağara çalan ilə “deyişməyə” hazırdır. Deyir ki, televiziyada çalanların böyük əksəriyyərti nağara çala bilmir. Sadəcə pulları var deyə onlara efir verilir.

Ana səhifəVideoDumbulovların yaşayan ənənəsi [ VİDEO ]