Dulusçuluq – atadan oğula ötürülən sənət

Saxsı qab hazırlamaq üçün su və palçıq qədərində olmalıdır ki, sonradan hazırlanacaq qab çatlamasın

Saxsı qab hazırlamaq üçün su və palçıq qədərində olmalıdır ki, sonradan hazırlanacaq qab çatlamasın

Əhəd Məmmədov 1969-cu ildə Şəkidə anadan olub. O, dulusçuluğu atasından öyrənib. İndi də bu sənəti öz övladlarına öyrədir. Əhəd usta deyir ki, işlədiyin işə sevgi ilə yanaşsan, həmin iş səni yaşadacaq: "Daim öz işimizə ürək qoymuşuq. Bu sənət bizi yaşadır. Babamdan ta bugünə kimi gəlib çıxıb. Əgər bu sənət bizi dolandırmasa, həmin günü biz bu sənəti tərk edəcəyik".

"Dulusçuluq incəlik tələb edən bir işdir. Palçıq, yaxud su çox olarsa, hazırlanacaq məhsul keyfiyyətli olmaya bilər. Ona görə çalışırıq, daha keyfiyyətli və daha dəqiq işləyək" - deyir Əhəd usta.

Saxsı qabların bir özəlliyi də ondan ibarətdir ki, burada olan məhsullar daha keyfiyyətli və uzunömürlü olur.

Əhəd usta deyir ki, bir piti qabının hazırlanmasına 15-20 dəqiqə vaxt sərf olunur. Qab hazır olduqdan sonra 2-3 gün qurudulmasına vaxt gedir. Daha böyük işlər hazırlayanda isə 4-5 gün vaxt sərf olunur.

Saxsı qabların da qiyməti 7 manatdan 200 manata qədərdir.

Əhəd usta artıq uzun illərdir ki, dulusçuluqla məşğuldur

Əhəd usta artıq uzun illərdir ki, dulusçuluqla məşğuldur

Əhəd usta pul qabı hazırlamaq üçün palçığı 5-10 dəqiqə əlləri ilə əzərək yumşaldır ki, işləmək daha rahat olsun

Əhəd usta pul qabı hazırlamaq üçün palçığı 5-10 dəqiqə əlləri ilə əzərək yumşaldır ki, işləmək daha rahat olsun

Əhəd usta əvvəllər saxsı qabları  özü hazırlasa da, hazırda oğlu kömək edir

Əhəd usta əvvəllər saxsı qabları özü hazırlasa da, hazırda oğlu kömək edir

Saxsı qab hazırlamaq üçün su və palçıq qədərində olmalıdır ki, sonradan hazırlanacaq qab çatlamasın

Saxsı qab hazırlamaq üçün su və palçıq qədərində olmalıdır ki, sonradan hazırlanacaq qab çatlamasın

Hazırlanmış palçıq bu quyuya salınaraq əvvəlcə ayaqla əzilir, daha sonra istifadəyə yararlı olur

Hazırlanmış palçıq bu quyuya salınaraq əvvəlcə ayaqla əzilir, daha sonra istifadəyə yararlı olur

Saxsı qablar hazırlamaq üçün hazır palçıqlar

Saxsı qablar hazırlamaq üçün hazır palçıqlar

Hazırlanmış saxsı qablar

Hazırlanmış saxsı qablar

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yj8g3o

Ən çox baxılan