Dulusçuluq – atadan oğula ötürülən sənət

Əhəd Məmmədov 1969-cu ildə Şəkidə anadan olub

Source:
Saxsı qab hazırlamaq üçün su və palçıq qədərində olmalıdır ki, sonradan hazırlanacaq qab çatlamasın
Saxsı qab hazırlamaq üçün su və palçıq qədərində olmalıdır ki, sonradan hazırlanacaq qab çatlamasın

Əhəd Məmmədov 1969-cu ildə Şəkidə anadan olub. O, dulusçuluğu atasından öyrənib. İndi də bu sənəti öz övladlarına öyrədir. Əhəd usta deyir ki, işlədiyin işə sevgi ilə yanaşsan, həmin iş səni yaşadacaq: “Daim öz işimizə ürək qoymuşuq. Bu sənət bizi yaşadır. Babamdan ta bugünə kimi gəlib çıxıb. Əgər bu sənət bizi dolandırmasa, həmin günü biz bu sənəti tərk edəcəyik”.

“Dulusçuluq incəlik tələb edən bir işdir. Palçıq, yaxud su çox olarsa, hazırlanacaq məhsul keyfiyyətli olmaya bilər. Ona görə çalışırıq, daha keyfiyyətli və daha dəqiq işləyək” – deyir Əhəd usta.

Saxsı qabların bir özəlliyi də ondan ibarətdir ki, burada olan məhsullar daha keyfiyyətli və uzunömürlü olur.

Əhəd usta deyir ki, bir piti qabının hazırlanmasına 15-20 dəqiqə vaxt sərf olunur. Qab hazır olduqdan sonra 2-3 gün qurudulmasına vaxt gedir. Daha böyük işlər hazırlayanda isə 4-5 gün vaxt sərf olunur.

Saxsı qabların da qiyməti 7 manatdan 200 manata qədərdir.

Əhəd usta artıq uzun illərdir ki, dulusçuluqla məşğuldur
Əhəd usta artıq uzun illərdir ki, dulusçuluqla məşğuldur
Əhəd usta pul qabı hazırlamaq üçün palçığı 5-10 dəqiqə əlləri ilə əzərək yumşaldır ki, işləmək daha rahat olsun
Əhəd usta pul qabı hazırlamaq üçün palçığı 5-10 dəqiqə əlləri ilə əzərək yumşaldır ki, işləmək daha rahat olsun
Əhəd usta əvvəllər saxsı qabları  özü hazırlasa da, hazırda oğlu kömək edir
Əhəd usta əvvəllər saxsı qabları özü hazırlasa da, hazırda oğlu kömək edir
Saxsı qab hazırlamaq üçün su və palçıq qədərində olmalıdır ki, sonradan hazırlanacaq qab çatlamasın
Saxsı qab hazırlamaq üçün su və palçıq qədərində olmalıdır ki, sonradan hazırlanacaq qab çatlamasın
Hazırlanmış palçıq bu quyuya salınaraq əvvəlcə ayaqla əzilir, daha sonra istifadəyə yararlı olur
Hazırlanmış palçıq bu quyuya salınaraq əvvəlcə ayaqla əzilir, daha sonra istifadəyə yararlı olur
Saxsı qablar hazırlamaq üçün hazır palçıqlar
Saxsı qablar hazırlamaq üçün hazır palçıqlar
Hazırlanmış saxsı qablar
Hazırlanmış saxsı qablar
Ana səhifəFotoreportajDulusçuluq – atadan oğula ötürülən sənət