DTX Babək Səmidlinin dediklərini araşdırır, yoxsa məlumatın yayılma səbəbini?

İstintaqa cəlb olunanlar arasında Fərhad Əhmədov da var

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) polkovnik Babək Səmidlinin səs yazısı ilə bağlı araşdırmalara başladığı bildirilir.

APA yazır ki, artıq məsələ ilə bağlı DTX-nın istintaq orqanında bir sıra şəxslər dindirilir, prosessual hərəkətlər aparılır.

Dindirilənlər arasında Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun da olduğu söylənilir.
İş adamının köməkçisi Ruhəngiz Seyidova “http://manset.az”-a müsahibəsində faktı təsdiqləyib.
Əlavə edib ki, məsələ DTX tərəfindən araşdırılır.

Ancaq araşdırmanın hansı istiqamətdə aparıldığı açıqlanmayıb.

Meydan TV 2020-ci ilin noyabrın 23-də Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək həlak olduğu bildirilən polkovnik Babək Səmidlinin ölümündən bir neçə gün əvvəl etdiyi söhbətin audioyazısını yayıb.

Babək Səmidli orduda bir sıra neqativ hallara toxunaraq, konkret adlar çəkib.

O, söhbətdə iddia edib ki, onları saxtakarlıq etməyə məcbur olunublar.

Yayılan məlumatlardan isə belə məlum olur ki, araşdırma mərhum polkovnikin dediyi nöqsanlar üzrə deyil, məlumatın niyə yayılması istiqamətində aparılır.

Ana səhifəXəbərlərDTX Babək Səmidlinin dediklərini araşdırır, yoxsa məlumatın yayılma səbəbini?