“Dövlət büdcəsində artıq qalan 5 milyard vətəndaşlara xərclənməlidir”

Yanvar-oktyabr aylarının göstəricisinə görə, dövlət büdcəsində 5 milyard 170 milyon manat artıq pul qalıb. İlin sonu yaxınlaşdıqca, bu məbləğ arta bilər, dekabarın sonunda isə azala bilər. Çünki, dövlət büdcəsinin bəzi xərcləri ilin sonu həyata keçirilir. İqtisadçı deyir ki, ümumilikdə dövlət büdcəsində bu qədər əlavə pul qalırsa, o deməkdir ki, nələrəsə qənaət edilir, hansısa xərclərdən kəsilir. “Dövlət büdcəsi pul yığmaq yox, xərcləmək yeridir. Bura yığılan pullardan dövlətin, vətəndaşların xərcləri qarşılanır. Və bu puldan kəsmək o deməkdir ki, xərclər tam yerinə yetirilmir”.


Ana səhifəVideo“Dövlət büdcəsində artıq qalan 5 milyard vətəndaşlara xərclənməlidir”