Astaranın qədim kəndlərindən biri olan Səkəşam kəndində əvvəllər 40-dan çox ailə yaşayardı.
1996-cı ildə kəndin transformatorunda baş vermiş partlayış kəndi işıqsız qoyub. O gündən ta bu günə kimi kəndə işıq çəkilməyib.
Bundan sonra kənd sakinləri hissə-hissə kəndi tərk etməyə başlayıblar. Hazırda kənddə 4 ailə yaşayır. Öz ehtiyaclarını ödəmək üçün kənd sakinləri odundan istifadə edirlər.
Onlar TV və digər elektronik vasitələrdən istifadə etmək üçün generatorlardan istifadə edirlər. Kənd sakinləri dəfələrlə aiddiyyatı qurumlara müraciət etsələr də, problem hələ öz həllini tapa bilməyib.
<