Divara yazılan borclar

Divara yazılan borclar

Afət Cəfərova 10 ildir şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ağırlaşdıqca gündəlik vurduğu insulin iynəsinin də sayı artır. Deyir, elə gün olur 5 dəfə insulin vurur. Xəstəliyin təsirindən gözləri də zəifləyib. Bir gözü -3, digəri -4-dür. Yalnız çox yaxın məsafələri görür, uzağı görmür. Bir otaqlı bu evdə 15 ildir kirayə yaşayır. Özü nə pensiya, nə ünvanlı sosial yardım alır. Bircə qızı mağazada satıcı işləyib 250 manat qazanır. Bu pulun 150 manatı da kirayəyə gedir. Ayın sonu yaxınılaşanda kirayə pulunu necə verəcəklərini götür-qoy edirlər. Hər dəfəsində ev yiyəsinə borclu qalırlar. Bir gün bu borclardan qurtulub, öz evinin olmasını istəyir. Amma bunun olacağına gümanı yoxdur.

Ana səhifəVideoDivara yazılan borclar