Dekabrın ilk günü Azərbaycanda 28 xəstə koronavirusdan vəfat edib

Foto: Meydan TV

“1795 adam yoluxub”

Dekabrın 1-də Azərbaycanda 1795 adam COVID-19 infeksiyasına yoluxub, 1967 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 28 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 590 min 113 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 556 min 716 nəfər müalicə olunaraq sağalıb, 7 min 884 pasiyent ölüb. Aktiv xəstə sayı 25 min 513 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 565, bu günə qədər isə 5 milyon 551 min 849 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqDekabrın ilk günü Azərbaycanda 28 xəstə koronavirusdan vəfat edib