De Byazi Azərbaycan millisinin baş məşqçisi postundan ayrılıb

Foto: AFFA

AFFA onunla müqavilə müddətini uzatmayıb

AFFA futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollarını ayırıb.

İtaliyalı mütəxəssislə yeni müqavilə imzalanmayıb.

Bu barədə qərar noyabrın 22-də AFFA İcraiyyə Komitəsinin iclasında verilib.

De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edirdi. Onun AFFA ilə müqaviləsi bu il noyabrın sonuna qədər qüvvədə idi.

Ana səhifəİdmanDe Byazi Azərbaycan millisinin baş məşqçisi postundan ayrılıb