Daxili Qoşunların hərbi qulluqçusu təlimdə açılan atəşdən ölüb

Daxili Qoşunlar. Foto: DİN

 DİN onun silahla ehtiyatsız davrandığını deyir

Daxili Qoşunların hərbi qulluqçusunun güllələnərək öldüyü bildirilir. Hadisə mayın 30-da hərbi təlim zamanı verib.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti də Meydan TV-yə təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Daxili Qoşunlarının hərbi qulluqçusu Ş.Əmiraslanov mayın 30-da keçirilən təlim zamanı odlu silahla ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.

“O, xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq, vəfat edib”, – DİN-in məlumatında belə deyilir.

Ana səhifəXəbərlərDaxili Qoşunların hərbi qulluqçusu təlimdə açılan atəşdən ölüb