Daha üç aktyor Cəmil Həsənlini dəstəklədi

Ayşad Məmmədov, İlqarə Tosova və Abbas Qəhrəmanov Milli Şuranın namizədinə səs verəcəklər

Source:


Ayşad Məmmədov, İlqarə Tosova və Abbas Qəhrəmanov Milli Şuranın namizədinə səs verəcəklər

Əksər yaradıcı adamların bu dəfəki seçkilərdə kimə səs verəcəkləri olduqca maraqlıdı. Xüsusilə hamının diqqət mərkəzində olan aktyorların kimi dəstəkləməsi suallar doğurur. Dövlət Teatrlarında fəaliyyət göstərən əksər aktyorlar mövcud hakimiyyəti dəstəklədiklərini desələr də, onların da arasında müxalif fikirli adamlar az deyil.

Bu aktyorların sırasında əməkdar artist Ayşad Məmmədov, Gənc Tamaşaçılar Teatrının aktrisası İlqarə Tosova və Akademik Milli Dram Teatrının aktyoru Abbas Qəhrəmanov da var. Meydan.TV –nin aktyorların arasında apardığı sorğu zamanı adları çəkilən sənət adamları Cəmil Həsənlini dəstəklədikləri və ona səs verəcəklərini bildiriblər.

Xatırladaq ki, daha öncə xalq artisti Fuad Poladovun Cəmil Həsənlini dəstəkləməsi xəbəri yayılmışdı.

Ana səhifəXəbərlərDaha üç aktyor Cəmil Həsənlini dəstəklədi