Daha bir ilahiyyatçı həbs edildi (yenilənib)

Həbs zamanı ruhaninin fiziki təzyiqə məruz qaldığı bildirilir

Source:


22.57. Lənkərandan Arqument.Az-a verilən məlumata görə, rayon polis idarəsi qarşısındakı aksiya 3 dindarın sərbəst buraxılmasından sonra başa çatıb.


Məlumatda bildirilir ki, Seyid Elman və qardaşının həbsindən sonra daha 3 nəfər dindar saxlanılıb. Seyid Elmanın Bakıya gətirildiyi bildirilir. Qardaşının məhkəməsi isə sabah olacaq.

Bu gün Cənub bölgəsinin ruhanisi Seyid Elman Ağayev həbs olunub. Bu barədə xəbəri İslamazeri.az yayıb.  Həbs zamanı ruhaninin fiziki təzyiqə məruz qalması da qeyd olunur.

Seyid Elman Ağayev hazırda hara aparıldığı məlum deyil. Nəzərinizə çatdıraq ki, Nardarandakı olaylardan sonra rəsmi qurumların açıqlamasında  Seyid Elman Ağayevin də, adı hallanırdı. Lənkəranda qeyd edilən Aşura yürüşünün məhs onun tərəfindən təşkil olunduğu iddia edilir.

Ana səhifəXəbərlərDaha bir ilahiyyatçı həbs edildi (yenilənib)