”Dağlıq Qarabağda gərginliyin yaranmasında Rusiya Ankaranı da qınamır”

”Klassik diplomatiyada belədir: sözdə bir, əməldə başqa. Ancaq o yerdəki insan ölür, ərazilər xaraba qalır, bu cür mövqe tamamilə əxlaqsız sayılmalıdır”

Source:


”Klassik diplomatiyada belədir: sözdə bir, əməldə başqa. Ancaq o yerdəki insan ölür, ərazilər xaraba qalır, bu cür mövqe tamamilə əxlaqsız sayılmalıdır”

“Dağlıq Qarabağda gərginliyin yaranmasında Rusiya Ankara da daxil olmaqla heç bir xarici qüvvəni qınamır”.

“Dağlıq Qarabağda gərginliyin yaranmasında Rusiya Ankara da daxil olmaqla heç bir xarici qüvvəni qınamır. Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz. ATƏT-in Minsk Qrupu formatının dəyişdirilməsi məqsədəuyğun deyil. Bu münaqişənin tənzimlənməsi üçün ən uyğun mexanizmdir”, – deyə Sergey Lavrov söyləyib  (


report.az


).

Rusiya XİN-in başçısı Lavrovun açıqlamasını Meydan TV-yə şərh edən siyasi şərhçi Zərdüşt Əlizadə bildirib ki, Kremlin yanaşmasında ziddiyyət var: “Həm belə bəyanat verir, həm də Azərbaycan ərazilərini işğal etmiş Ermənistana yardım edir. Eyni zamanda, təcavüzkarı dəstəkləyə-dəstəkləyə vasitəçi rolunu oynayır, tərəfləri razılığa gəlməyə dəvət edir. Düzdür, bu, klassik diplomatiyada var, sözdə bir, əməldə başqa. Ancaq o yerdəki insan ölür, ərazilər xaraba qalır, bu cür mövqe tamamilə əxlaqsız sayılmalıdır. Hamı Ermənistanın Rusiyanın cibində olduğuna, Moskvanın razılığı olmadan bir addım ata bilmədiyinə bələddir”.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Siyasi şərhçinin sözlərinə görə, İrəvan müstəqil addım atanda parlamentdə 1999-cu ildə terror törədildi: “Hətta ən vacib qərarı Moskvasız qəbul etmirlər. Ən parlaq misal ötən ilin sentyabrın 3-də Gömrük İttifaqına üzv olmaları idi. Azərbaycan da genişmiqyaslı müharibəyə hazır deyil, çünki istənilən anda Rusiya bir bəhanə tapıb bizi vura bilər”.

Kollektiv Təhlükəzilik Şurasının Ermənistana dəstək verəcəyinə gəlincə, Zərdüşt Əlizadə bildirdi ki, bu qurumda Belarus və Qazaxıstan Azərbaycanla həmrəy olduğunu nümayiş etdirdi. “Tacikistan susur, İran dəstək verdi, Pakistan və Türkiyə isə məlumdur. Belə vəziyyətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Rusiya və Ermənistandan ibarət olur. Ermənistanda Rusiyanın ordusu və hərbi bazası var, vəziyyət gərginləşən kimi Gümrüyə hərbi təyyarələr endi. Bununla belə, Moskva Minsk Qrupunun əla format olduğunu deyir. Bəli, özləri üçün əla formatdır, çünki 25 ildir münaqişəni dondurublar”,- söylədi Z.Əlizadə.

Ana səhifəAnalitika”Dağlıq Qarabağda gərginliyin yaranmasında Rusiya Ankaranı da qınamır”