
Mənbə: meydan tv
Başlıq: D18 Hərəkatı
D18 Hərəkatının üzvünə xəbərdarlıq edilib
Təşkilat Ordu Günü ilə bağlı tədbiri sakit, şüarsız keçirməlidir
D18 Hәrәkatı iyunun 26-da Ordu Günü ilә əlaqədar Şəhidlər Xiyabanında anım ziyarəti gerçəkləşdirmək niyyətindədir. Buna görə təşkilatın üzvü Zaur Rövşәni iyunun 25-də Bakı Baş Polis İdarəsinə çağırılıb.
Zaur Rövşənini idarəyə İctimai Təhlükəsizlik Şöbəsinin rəisi Nurulla Məmmədzadənin adından Anar adlı polis dəvət edib.
Bu barədə Meydan TV-yə hərəkatın yetkilisi Samira Ağayeva məlumat verib.
Samira Ağayeva deyib ki, onlar hər il 26 iyun Ordu Günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər, amma polisə çağırılmayıblar, ilk dəfədir belə bir çağırış olur.
Samira Ağayeva Zaur Rövşəninin 1 saat polisdə dindirildiyini bildirib:
“Ona deyiblər ki, plakat qaldırılmamalı və heç bir şüar olmamalıdır, əgər hansısa insdent baş verərsə, məsuliyyət daşıyacaqsınız. Buna görə də Zaur Rövşənidən ərizə alıblar. Səbəb də onu göstəriblər ki, biz tərəfdən şəhər icra hakimiyyətinə ziyarətlə bağlı xəbərdarlıq müraciəti göndərilməyib”.
Samira Ağayeva sabah Şəhidlər Xiyabanını ziyarət edəcəklərini söyləyib.
26 iyun Azərbaycanda Milli Ordu Günü kimi qeyd olunur. 1998-ci ilə qədər Milli Ordu Günü 9 oktyabr tarixində qeyd edilirdi. Həmin il prezident Heydər Əliyevin fərmanı ilə Milli Ordunun yaradılması günü dəyişdirilib. Yeni dəyişikliyə əsasən həmin gün kimi 1918-ci il iyunun 26-sı götürülüb.
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.
Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.
BIZƏ DƏSTƏK OLUNƏn çox baxılan
-
Martın 3-də Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbər üzvlərini Masallı rayonunun girişində saxlayıblar
3 Mart 2019 -
Şahid səsyazısında başına gələnləri etiraf edib
27 Fevral 2019 -
Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb
11 Aprel 2019 -
"Bunun adı repressiyadır"
28 Fevral 2019