COVİD-19 yoluxan Xalq artisti infarkt keçirib

Sənətçi həmçinin hipertoniya və şəkərli diabet xəstəliyindən əziyyət çəkir.

Source: https://baku.ws/


Həyat yoldaşı: "Həkimlər deyir ki, vəziyyəti çox pisdir"

Bir müddət öncə COVİD-19 infeksiyasına yoluxan Xalq artisti Ramiz Əzizbəylinin vəziyyəti ağırlaşıb.

Həyat yoldaşı Zümrüd Əzizbəylinin Meydan TV-yə verdiyi məlumata əsasən, sənətçi mayın 28-də infarkt keçirib.

Vəziyyəti pisləşən Ramiz Əzizbəyli müalicə aldığı palatadan reanimasiya şöbəsinə köçürülüb.

“Hazırda süni nəfəs aparatına qoşulub. Həkimlər deyir ki, vəziyyəti çox pisdir”, – Zümrüd Əzizbəyli bildirib.

Ramiz Əzizbəyli bir müddət öncə Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilib.

2015-ci ildə yaşadığı binanın qarşısında avtomobil qəzası keçirən xalq artisti uzun illərdir ki, beyin insultundan müalicə olunur.

Sənətçi həmçinin hipertoniya və şəkərli diabet xəstəliyindən əziyyət çəkir.

Ramiz Əzizbəyli Vaqif Səmədoğlunu eyni adlı pyesi əsasında çəkilən “Bəxt üzüyü” komediya filminin rejissorudur.

Ana səhifəMədəniyyətCOVİD-19 yoluxan Xalq artisti infarkt keçirib