Masallı rayonunda iyuldan başlayan çiyələk yığımı sentyabrın sonuna kimi davam edəcək. Havaların qeyri-sabit keçməsi yığım mövsümünü bir qədər gecikdirməklə yanaşı məhsuldarlığa da təsirsiz ötüşməyib. Əsasən paytaxt bazarlarında satışa çıxarılan çiyələyin 1 kq-ı təxminən 1 manat, 1 manat 50 qəpiyə satılır.
Orta hesabla hər bir fermer əkilən 1 hektarlıq çiyələk sahəsindən 30-35 ton məhsul götürə bilir. Götürülən gəlirin çəkilən xərclərdən xeyli çox olması fermerlərin bu sahəyə marağını xeyli artırıb.