“Hər şey qaydasındadır, səhhətim yaxşıdır”
Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev yeni növ koronavirusa yoluxub.
Yazıçı Meydan TV-yə açıqlamasında ev şəraitində müalicə olunduğunu, özünü yaxşı hiss etdiyini deyib.
“Səkkiz gün öncə xəstələnmişəm. Heç bir ağırlaşma olmayıb. Evdəyəm, karantin şərtlərinə əməl edirəm. Hər şey qaydasındadır, səhhətim yaxşıdır. İki həftədən sonra evdən çıxacağam”, – deyə yazıçı bildirib.