Ceyms Uorlik İqor Popovun açıqlamasına diplomatik cavab verdi

“Hər iki xalq 20 ildən artıq davam edən münaqişədən cana yığılıblar”

Source:


“Hər iki xalq 20 ildən artıq davam edən münaqişədən cana yığılıblar”

Meydan tv-nin “Rusiyalı həmkarınız İqor Popov bildirib ki, həmsədr ölkələr arasında münaqişənin həllinə dair heç bir fikir ayrılığı yoxdur. O zaman münaqişə niyə həll olunmur? Əgər Azərbaycan torpaqları işğal olunub və bu fakt təsdiqlənibsə, BTM TŞ-nin 4 qətnaməsini bura əlavə etsək, nədən problem həll edilmir?” sualına amerikalı həmsədr Ceyms Uorlik cavab verib ki, Azərbaycan və Ermənistanda cərəyan edən narazılığı və narahatçılığı başa düşür, çünki münaqişə 20 ildən artıqdır həll olinmur.

“Həmsədrlər birgə çalışır, ortaq fikirləri prezidentlərlə müzakirə edirlər. Bu baxımdan prezidentlər siyasi iradə nümayiş etdirib qərar verməlidirlər ki, münaqişədə sülhü dəstəkləyir və problemin sülhlə həllini istəyirlər. Artıq iki xalq 20 ildən artıq davam edən münaqişədən cana yığılıblar. Azərbaycan xalqının sülhü və firavanlığı üçün münaqişənin tam həllinə ehtiyac var. Ümid edirik ki, xalqlar münaqişənin sülh yoluyla həllini tələb edəcəklər və xalqlar sülh içində yaşayacaqlar”.

Ana səhifəXəbərlərCeyms Uorlik İqor Popovun açıqlamasına diplomatik cavab verdi