Sosial şəbəkələrdə “Çevik” ləqəbi ilə tanınan tiktoker Məqsəd Bağırov həbs edilib.
Bununla bağlı yerli mediada yayılan xəbərlərdə Bağırovla birlikdə daha bir şəxsin – Kamran Bilalovun da barəsində həbs qətimkan tədbirinin seçildiyi bildirilir. Hər ikisi Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham olunur.
“TikTok” platformasında din və ateizm mövzularında apardığı müzakirələr və canlı yayımları ilə tanınan Məqsəd Bağırov bundan əvvəl də analoji hallarla gündəmə gəlib. O, iyulun 28-də İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internetdə ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər və əxlaqsız ifadələr) maddəsi ilə 10 sutka müddətinə inzibati həbs edilib.
Daha sonra, sentyabrın 2-də M.Bağırov Qəbələ şəhərində iki nəfərin fiziki zorakılığına məruz qalaraq müxtəlif bədən xəsarətləri alıb. Məqsəd Bağırov “Tiktok” da din və ateizmlə bağlı müzakirələr aparması və bu mövzuda canlı yayımları ilə tanınır.