Cənubi Koreyalı İnterpolun yeni prezidenti seçilib

Rusiya İnterpol davasını uduzdu

Source:


Rusiya İnterpol davasını uduzdu

Dubayda İnterpolun prezidenti vəzifəsinə keçirilən seçkilərdə Cənubi Koreyanın nümayəndəsi Kim Çox Yan qalib gəlib.

Məlumatı təşkilat “Twitter” səhifəsində yayıb.

Seçkilərdə onun rəqibi rusiyalı general-mayor, Avropa İnterpolunun vitse-prezidenti Aleksandr Prokopçuk olub.

Lenta. Ru yazır ki, noyabrın 20-də amerikalı senatorlar ABŞ prezidenti Donald Tramp administrasiyasından və İnterpol rəhbərliyindən rusiyalı namizədin seçilməsinə imkan verməməsini istəyiblər.

Senatorlar qeyd ediblər ki, Rusiya nümayəndəsinin bu vəzifəyə seçilməsi “toyuqların tülküyə etibar edilməsinə” bərabər olardı.

Sentyabrda İnterpolun prezidenti

Men Xunbey

Çində yoxa çıxmışdı.

Bir müddət sonra onun korrupsiya əməllərinə görə saxlanıldığı aşkarlandı və buna görə vəzifəsindən getməli oldu.

Ana səhifəDünyaCənubi Koreyalı İnterpolun yeni prezidenti seçilib