Çempionlar Liqası: Yarımfinalın ilk oyunu keçirilib

Fotolar: UEFA

“Bayern”lə “Real”ın ilk duelində qalib müəyyənləşməyib

Aprelin 30-da UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

İlk oyunda Almaniyanın “Bayern” və İspaniyanın “Real” komandaları üz-üzə gəlib. Münhendəki “Alyanz Arena” stadionunda keçirilən oyun saat 23:00-da start götürüb. Qarşılaşmada qalib müəyyənləşməyib.

Oyun 2:2 hesabı ilə başa çatıb.

Bu komandalar arasında cavab matçı mayın 8-də Madriddə keçiriləcək.

Mayın 1-də yarımfinal mərhələsinin ikinci oyununda Almaniyanın digər klubu “Borussiya” Dortmundda Fransanın PSJ komandasını qəbul edəcək.

Ana səhifəİdmanÇempionlar Liqası: Yarımfinalın ilk oyunu keçirilib