Çempionlar Liqası: “Qarabağ” “Dinamo” ilə qarşılaşıb

Foto: “Qarabağ”ın sosial media hesabı

Azərbaycan çempionu Xorvatiya klubuna məğlub olub

“Qarabağ” komandası avqustun 20-də UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsi çərçivəsində ilk oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Xorvatiyada “Dinamo” (Zaqreb) klubunun qonağı olub.

Foto: “Qarabağ”ın sosial media hesabı

“Maksimir” stadionunda keçirilən oyun saat 23:00-da start götürüb.

Qarşılaşma “Qarabağ”ın məğlubiyyəti ilə başa çatıb. “Köhlən atlar” Xorvatiya səfərində 0:3 hesablı məğlubiyyətə üzülüb.

Komandalar arasında cavab görüşü avqustun 28-də Bakıda keçiriləcək.

Ana səhifəİdmanÇempionlar Liqası: “Qarabağ” “Dinamo” ilə qarşılaşıb